Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Obama:"ABŞ konsulluğuna hücum edənlər cavab verməli olacaqlar"


Barack Obama
Barack Obama
ABŞ prezidenti Barack Obama hücum edənlərin məsuliyyətə cəlb ediləcəklərini vəd edib.

O qeyd edib ki, Birləşmiş Ştatlar bu hiddət və şok doğuran hücumu qəti şəkildə ittiham edir.

Obama hökumətə bütün dünyadakı ABŞ diplomatlarının təhlükəsizliyinin gücləndirilıməsini göstəriş verib.

Həmçinin Avropa Birliyi və NATO ittifaqı bu hücumu kəskin ittiham ediblər.

Misir, Əfqanıstan və Livandakı radikal Hizbullah qrupu isə ABŞ-da Məhəmməd peyğəmbər barədə çəkilmiş filmin islama təhqir olduğunu bildirib və bunun həmin hücuma səbəb olduğu bidiriblər.

Öz növbəsində Vatikan bunu müsəlmanlara qarşı təxribat, eyni zamanda qəbuledilməz zorakılıq aktı adlandırıb.

Bir qrup silahlı adam cümə axşamı ABŞ-ın Benqazi şəhərindəki konsulluğuna hücum edərək konsulluğu yandırıblar.

Nəticədə ABŞ-ın bu ölkədəki səfiri Christopher Stevens (Kristofer Stiven) və səfirliyin digər 3 əməkdaşı ölüb.

Həmçinin konsulluğun 10-dək yerli gözətçisi ölüb və ya xəsarət alıb.
XS
SM
MD
LG