Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Dekabr, bazar, Bakı vaxtı 19:15

Bakıda qatar yük maşını ilə toqquşub


Binə qəsəbəsində yanacaqdaşıyan qatar "Kamaz" markalı yük maşını ilə toqquşub.

ANS PRESS-in məlumatına görə, qəza bu gün saat 14:00 radələrində baş verib.

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti faktı təsdiqləyib və adisənin dəmiryolunun qorunmayan keçidində baş verdiyini bildirib.

Qəza nəticəsində ölən və yaralanan olmayıb.
XS
SM
MD
LG