Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:41

Beynəlxalq aləm Liviyada 4 ABŞ diplomatının öldürülməsini pisləyib


Liviya ümummili konqresinin nümayəndəsi Mohammad al Makrif buna görə ABŞ-dan üzr istəyib və bu cinayətlə bağlı hərətərəfli istintaq aparmağa çağırıb.

Həmçinin Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton bunu kəskin ittiham edib və Liviya rəhbərliyini ölkədəki xarici diplomatların təhlükəsizliyini təmin etməyə çağırıb.

Misir, Əfqanıstan və Livandakı radikal Hizbullah qrupu isə ABŞ-da Məhəmməd peyğəmbər barədə çəkilmiş filmin islama təhqir olduğunu bildirib və bunun həmin hücuma səbəb olduğu bidiriblər.

Öz növbəsində Vatikan bunu müsəlmanlara qarşı təxribat, eyni zamanda qəbuledilməz zorakılıq aktı adlandırıb.

Bir qrup silahlı adam cümə axşamı ABŞ-ın Benqazi şəhərindəki konsulluğuna hücum edərək konsulluğu yandırıblar.

Nəticədə ABŞ-ın bu ölkədəki səfiri Christopher Stevens (Kristofer Stiven) və səfirliyin digər 3 əməkdaşı ölüb.
XS
SM
MD
LG