Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 05:19

Liviyada ABŞ-ın səfiri öldürülüb

Xarici informasiya agentlikləri bildirirlər ki, Benqazidə öldürülən 4 adam arasında səfir Christopher Stevens da olub.

Sentyabrın 11-i axşamı ABŞ konsulluğuna raket hücumu olub. Silahlı şəxslər konsulluğa hücum edib və onu yandırıblar.

ABŞ dövlət katibi Hillari Klinton Dövlət Departamentinin bir əməkdaşının öldüyünü təsdiqləyib.

Bu zorakılığa ABŞ-da çəkilən "Müsəlmanların məsumluğu" adlı film səbəb olub.

Qonşu Misirdə də yüzlərlə adam Qahirədə ABŞ səfirliyinin qarşısında filmə etiraz ediblər. Onlar filmdə Məhəmməd peyğəmbərin təhqir olunduğunu bildirirlər.
This item is part of
XS
SM
MD
LG