Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Azərbaycana qaçaqmalçılıqla mobil telefonlar daha çox gətirilir


Son vaxtlar Azərbaycana gətirilməsinə cəhd edilən qaçaqmal arasında mobil telefonlar daha çox üstünlük təşkil edir.

AzərTAc xəbər verir ki, bu haqda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib. O vurğulayıb ki, belə mallar arasında əvvəllər tütün məmulatları və spirtli içkilər daha çox idi.

Komitə sədri qeyd edib ki, mobil telefonlar ölkəyə ən çox Gürcüstandan, Dubaydan və Çindən gətirilir. Telefon qaçaqmalçılığının əsas səbəbi vergidən, gömrük rüsumlarından və sənədləşmədən yayınmaqdır.
XS
SM
MD
LG