Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:08

Erdoğan Qəbələdə İlham Əliyevlə görüşüb


-
Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının II toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.

«Anadolu» agentliyinin məlumatına görə, Qəbələdə əvvəlcə İlham ƏliyevRecep Tayyip Erdoğan arasında təkbətək görüş keçirilib. Hər iki ölkə nazirlərinin ayrı-ayrılıqda danışıqları olub. Sonra nümayəndə heyətlərinin iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının II toplantısı başlayıb. Toplantının yekunları əsasında enerji, nəqliyyat, ticarət və media sahələrində əməkdaşlığa dair sazişlərin imzalanması gözlənilir.

Tərəflər bölgədə yaranmış durumu və Dağlıq Qarabağ münaqişəsinin həllini də müzakirə edəcəklər. Daha sonra İ. Əliyev və R. T. Erdoğan birgə mətbuat konfransı keçirəcəklər.

Sentyabrın 12-də Türkiyənin Baş naziri Şəkiyə gedəcək.
XS
SM
MD
LG