Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:09

Teatrı küçələrə daşıyanlar


Bakı Teatr Sexi
Bakı Teatr Sexi
-
«Biz kiçik, öz dünyasında və incəsənətin girmədiyi məhəllələrə girib, onların sakinlərinə incəsənət daşımaq istəyirik. Bəlkə bir axşam sizin məhəllənizə də qonaq gələrik».

Bu sözlər Bakı Teatr Sexinin «Facebook» sosial şəbəkəsindəki məlumatda yazılıb. Məhəllələrə axışan və Bakının unudulan küçələrinə teatrı daşıyan Bakı Teatr Sexi könüllü gənclərdən ibarət qrupdur.

«Flashmob»un qonaqları Bakı Teatr Sexinin yaradıcıları olan Ellada AydınAygül Salehovadır.

A.Salehova:
- Təxminən may aylarında təsadüfən bir yerdə gəzəndə fikirləşdik ki, küçə çox bozdur, tozludur, insanların üzü gülmür , bunun üçün nəsə etməliyik. Müzakirələr nəticəsində ən optimal variant küçə teatrı oldu. Elə bu ideyanı müzakirə edə-edə Pantomima Teatrının qabağından keçirdik, dedik şansımızı yoxlayaq. İçəri girdik və şansımız gətirdi, bizə kömək etdilər. Hər şey birdən oldu və yaxşı oldu. May ayında qərar verib ilk addımı atdıq, iyundan tamaşalara başladıq. Üç dəfə məhəllələrdə olmuşuq, iki dəfə də Qız qalasının yanında. Biz insanların çox olduğu yerdənsə, daha bilinməyən məhəllələrdə olmağı üstün tuturuq. Mərkəzdə daha qlamur insanlar olur, hansı ki teatra getmək kimi bir imkanı olmur. Amma küçə teatrı elədir ki, daha aşağı təbəqələrə müraciət edir».

A.Salehovanın dediyinə görə, təhsili iqtisadçı olsa da, burada aktyorluq bacarığı üzə çıxıb.

«HƏR SƏNƏTİN İÇİNDƏ BİR İNCƏSƏNƏT VAR»

Ellada Aydın isə deyir ki, bu ideya nəticəsində onun rəssamlıq istedadı üzə çıxıb. Hazırda tamaşalar vaxtı heyəti o, qrim edir:

«Mərkəzi küçələrdənsə, məhəllələrdə daha maraqlıdır. Məhəllədə olan xalalar, əmilər maraqla yanaşıb suallar verirlər ki, bir də nə vaxt gələcəksiniz və s. Məhəllədə olanda, birdən skripkalar çalınır, tamaşa başlayır, insanlar maraqla izləməyə başlayırlar. Bakı Teatr Sexi yaranandan sonra başa düşdük ki, ixtisasdan asılı olmayaraq, hər sənətin içində bir incəsənət də var».

Gənclərdən ibarət Teatr Sexində tamaşaları quran rejissordan başqa bu işlərlə professional məşğul olan yoxdur. Yaradıcıların dediyinə görə, indiyə qədər 3 tamaşa hazırlanıb. Mövzulara gəlincə isə, bu qərarlaşdırılmır - ideya gəlir və hərə öz fikrini deyir.

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG