Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:25

Rəcəb Tayyip Ərdoğan Azərbaycana ikigünlük səfərə gəlir


Sentyabrın 11-də Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Azərbaycana ikigünlük səfərə gəlir. İlham Əliyevlə Rəcəb Tayyip Ərdoğan Qəbələdə görüşəcək.

«Anadolu» agentliyinin məlumatına görə, Bakı və Ankara arasında ikitərəfli iqtisadi münasibətlər, əsasən təbii qaz nəqli diqqət mərkəzində olacaq.

Ərdoğan və İ. Əliyevin birgə sədrliyi ilə Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının (SƏŞ) iclası keçiriləcək. Strateji Əməkdaşlıq Şurasının ötən ilki iclasında qəbul edilmiş qərarların reallaşması məsələsinə baxılacaq.

İşçi qrupları iki ölkə arasında ticarətin həcminin artırılması üzrə tədbirləri, Xəzər qazının Türkiyənin qərbinə nəqli üçün 7 milyardlıq Transanadolu qaz kəmərinin (TANAP) inşasına dair sazişin şərtlərini müzakirə edəcəklər.

Sonra Ərdoğan Şəkiyə gedəcək. «Hurriyət» qəzeti yazır ki, bu, Ərdoğanın səfər gündəliyinin mühüm bəndlərindən biridir.

Azərbaycanda danışıqlardan sonra Ərdoğan Kiyevə gedəcək və Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşəcək. Sonra Ərdoğan Krıma səfər etməyi planlaşdırır. Sentyabrın 14-də Krımda Yalta Avropa Strategiyasının (YES) 9-cu illik müşavirəsində iştirak edəcək.
XS
SM
MD
LG