Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:48

Gəncədə Nizami Gəncəvi günlərinə başlanılıb


Sentyabrın 10-da silsilə tədbirləri başlanğıcı olaraq ümumşəhər sərgisi keçirilib. Sərgi şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda keçirilir. Günün sonunadək şairin yaradıcılığına həsr olunan əl işləri nümayiş olunacaq.

«Sərgi Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş tədbirlər» silsiləsindən şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub. Tədbirdə şəhərin orta təhsil müəssisələri və ali məktəblərinin yaratdığı guşələrdə şairin müxtəlif illərdə nəfis tərtibatda nəşr olunmuş kitabları, Nizami Gəncəvi qəhrəmanlarının yağlı boya ilə çəkilmiş rəsmləri, şairin rəsmi olan müxtəlif ölçülü xalçalar, şagirdlərin çəkdiyi rəsmlər nümayiş edilir. Məqsəd dahi şairlə bağlı əl işlərini ictimaiyyətə təqdim etməkdir.

Sərgidə Gəncədə fəaliyyət göstərən bütün orta məktəblərin 50-yə yaxın əl işi nümayiş ediləcək.

Yaxın günlərdə yubiley mərasimlərinə də start veriləcəyi bildirilir.
XS
SM
MD
LG