Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:42

ABŞ səfiri: «ASALA-nın təhdid dolu məktub göndərməsi məlumat bizi narahat edir»


ABŞ-ın Azərbaycandakı səfiri Azərbaycanın Budapeştdəki səfirliyinin ünvanına ASALA terror təşkilatı tərəfindən təhdidlərin daxil olmasına dair xəbərlərdən narahatlığını ifadə edib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ səfiri Richard Morningstar bəyan edib.

«Mən ABŞ Dövlət Departamentinin Ramil Səfərovla bağlı bəyanatını tam dəstəkləyirəm. Narahatlığım ondan ibarətdir ki, bu hadisə regionda stabilliyi bərqərar etməyə yönəlməyib, əksinə böyük problem yaradır. ABŞ hər iki tərəfin regionda vəziyyəti gərginləşməyə yönəlmiş istənilən addımlarından narahatdır. Bizi Azərbaycan səfirliyinə ASALA tərəfindən məktub göndərilməsi məlumatı da narahat edir».

Səfir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin ATƏT-in Minsk Qrupunun köməyi ilə konstruktiv istiqamətdə davam edəcəyinə ümidvar olduğunu deyib: «Biz münaqişənin nizamlanması üçün tərəflər arasında dialoqun davam etdirilməsində maraqlıyıq».
XS
SM
MD
LG