Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:21

"İslahatlar aparmasa, Ukrayna beynəlxalq aləmdən təcrid oluna bilər"


Avropa Şurası Ukraynanı oktyabrdakı parlament seçkilərini azad və ədalətli keçirməyə çağırıb. Şuranın Baş katibi Thorbjorn Jagland Kiyevdə deyib ki, beynəlxalq ictimaiyyət Ukraynanın imicini müəyyənləşdirəcək bu seçkiləri yaxından izləyəcək.

Jagland əlavə edib ki, müxalifət partiyasının lideri olan keçmiş Baş nazir Yulia Tymoshenkonun həbsi problem olaraq qalır, üstəlik Ukrayna əgər demokratik islahatları gecikdirməkdə davam etsə, beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi ilə üzləşə bilər.
XS
SM
MD
LG