Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:38

Atom Enerjisi Agentliyi İrana xəbərdarlıq edir


BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi sentyabrın 10-da İranı müfəttişləri təcili olaraq şübhəli hərbi obyektə - Parçin zavoduna buraxmağa çağırıb.

Agentliyin rəhbəri Yukiya Amano bildirib ki, nüvə silahı üçün eksperimentlər aparılmasından şübhələndikləri Parçinə buraxılmasalar, və ya oranın artıq təmizləndiyini görsələr, bu, apardıqları araşdırmaya mənfi təsir edə bilər və şübhələri doğruldar.

Amano bildirib ki, yanvar ayından bəri İran tərəfi ilə danışıqlarda bir nəticə əldə edilməyib. İran tərəfi Parçinlə bağlı iddiaları əsassız sayır.
XS
SM
MD
LG