Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:52

Azərbaycan elektrik enerjisi istehsalını artırıb


Yanvar-avqust aylarında «Azərenerji» ASC təqribən 14,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Ötən ilin analoji dövründə bu göstərici 13,2 milyard kilovat-saata yaxın təşkil edib.

Bu barədə «Azərenerji» ASC məlumat yayıb.

İstehsal edilən elektrik enerjisinin ümumi həcmindən 13 milyard kilovat-saatdan çoxu istilik elektrik stansiyalarının, qalan təqribən 1,5 milyard kilovat-saat isə su elektrik stansiyalarının payına düşüb.

Məlumata əsasən, «Azərenerji» avqustda təqribən 1,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. Ötən ilin analoji dövründə bu rəqəm 1,5 milyard kilovat-saat olub.

Bu dövr ərzində Rusiya, Türkiyə, Gürcüstan və İranla elekrik enerjisinin planlı mübadiləsi davam etdirilib.
XS
SM
MD
LG