Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 19:46

Bakı-Quba-Rusiya yolunda körpü uçub


Arxiv foto
Arxiv foto
Sentyabrın 9-u saat 21:00 radələrində Bakı-Quba-Rusiya yolunun 176-cı kilometrliyində, Quru çay üzərindən keçən hissəsində körpü uçub.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidovun Ans Press-ə verdiyi məlumata görə, uzunluğu 40 metr, eni 8 metr olan 1972-ci ildə tikilmiş körpünün 20 metrlik ərazisində 3 dəmir piltə uçub. Hadisə baş verərkən körpünün üstündə avtomobil olmayıb.

Hadisə yerinə Quba rayon Fövqəladə Hallar Nazirliyinin, Nəqliyyat Nazirliyinin əməkdaşalrı cəlb olunub.

Körpü uçduğuna görə, Bakı-Quba-Rusiya yolu 1 saata yaxın bağlı olub. Dərhal alternativ yol düzəldilib. Hazırda həmin alternativ yolun genişlənməsi istiqamətində tədbirlər həyata keçirilir.

Körpünün uçmasına səbəb ərazidə yağan intensiv yağışlar və körpünün üstündən keçən ağır tonnajlı maşınlar olub.

Rəsmilərin verdiyi məlumata görə, yaxın vaxtlarda uçan körpünün təmirinə başlanacaq. Bu, Quba rayonu ərazisində son 6 ay ərzində uçan 2-ci körpüdür. Belə ki, aprel ayının 18-də Qaraçay üzərindəki körpü uçmuşdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG