Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:03

Bakıda MTN-nin iki əməkdaşını maşın vurub


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı piyada qismində minik avtomobili tərəfindən vurulub, nəticədə biri ölüb, biri ağır xəsarət alıb.

Səbail rayon prokurorluğundan Trend-ə bildirilib ki, şənbə günü saat 12:40 radələrində MTN-in inzibati binası qarşısında 1957-ci il təvəllüdlü Elyar Bəşir oğlu Hüseynov idarə etdiyi 90 XL 633 dövlət nömrə nişanlı «Toyota-Prado» markalı avtomobillə MTN-in əməkdaşları olan 1984-cü il təvəllüdlü Zülfiyyə Ələsgər qızı Nəsirova və 1988-ci il təvəllüdlü Kəmalə Əhliman qızı Cavadovanı vurub.

Nəticədə Nəsirova aldığı xəsarətlərdən yerindəcə ölüb, Cavadova isə ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
XS
SM
MD
LG