Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:34

İraqdakı partlayışlarda azı 100 adam ölüb


Bazar günü İraqda baş verən partlayışlar və hücumlar nəticəsində azı 100 adam ölüb. Terror aktları ölkənin 13 şəhərində olub. Bağdadda isə partlayışlar şəhərin şiələr yaşayan altı hissəsində baş verib.

Terror aktları keçmiş vitse-prezident Tarik al-Hashemi haqqında çıxarılan edam cəzasından sonraya təsadüf edib.

Tarik al-Hashemi sünnidir. O İraqı keçən ilin dekabrında həbs olunması haqqında verilən qərardan sonra tərk edib.

Şiələrin başçılıq etdiyi İraq hakimiyyəti Hashemini 2005-2011-ci illərdə baş verən terror aktları və ölümlərin təşkilində ittiham edib.
XS
SM
MD
LG