Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 02:18

Hələbdəki partlayışda 17 nəfər ölüb

Suriyanın Hələb şəhərində maşına qoyulan bombanın partlaması nəticəsində 17 nəfər ölüb. 40 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib.

Məlumatı rəsmi xəbər agentliyi Sana yayıb.

Dövlət televiziyasında nümayiş olunan görüntülərdə yaxınlıqdakı binaların zərər gördüyü, dağıntılar altından yaralıların çıxarıldığı göstərilib.

Hələb üsyançıların əsas qərargahı sayılır. İyul ayından Suriya ordusunun bu şəhərə hücumundan sonra şəhərdə şiddətli döyüşlər gedir.
This item is part of
XS
SM
MD
LG