Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:03

Beynəlxalq kreditçilər Afinaya gedib


Beynəlxalq kreditçilər Afinada Yunanıstan rəhbərliyi ilə danışıqlar aparırlar.

Onlar kəskin iqtisadi tədbirlər paketinin yerinə yetirilməsini təkid edirlər.

Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu Yunanıstana növbəti kreditin buraxılması üçün vəziyyəti öyrənirlər.

Söhbət 31,5 milyard avrodan gedir.

Nümayəndə heyəti bazar ertəsi Yunanıstanın baş naziri Antonis Samarasla görüşməlidir.

Mütəxəssislər hesab edir ki, bir neçə il bundan əvvəl Yunanıstanın üzləşdiyi iqtisadi tənəzzül gözlənildiyindən daha dərin olub.

Afina buna görə kəskin iqtisadi tədbirlərin həyata keçirilməsi üçün əlavə vaxt istəyib.

Amma Avropa rəsmiləri bu məsələdə hələlik vahid mövqeə gələ bilməyib.
XS
SM
MD
LG