Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

İlham Əliyev Zaqatalada olub


Sentyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev Zaqatala rayonuna gəlib.

President.az saytının məlumatına görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə prezidentə rayonda aparılan yenidənqurma işləri və mayın 7-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqda məlumat verib.

İlham Əliyev Zaqatalada 750 şagird yerlik 2 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib. 1952–ci ildə inşa edilmiş bu məktəb 500 şagird yerlik olub. Bu il mayın 7-də baş verən zəlzələ nəticəsində məktəbin binası qəzalı vəziyyətə düşüb. Bu ilin iyununda təhsil ocağı yenidən tikilib.

Prezident Zaqatalada 500 şagird yerlik Gözbarax kənd tam orta məktəbinin və uşaq bağçasının da açılış mərasimində iştirak edib. Prezident Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbi üçün yeni binanın təməl qoyma mərasimində də iştirak edib.
XS
SM
MD
LG