Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:48

İraqda törədilmiş hücumlarda azı 19 adam ölüb


Son gün ərzində İraqda törədilmiş partlayışlarda azı 19 nəfər ölüb, onlarla adam yaralanıb.

Bazar günü Fransanın Nəsriyə şəhətindəki konsulluğu ətrafında törədilmiş partlayışda 1 nəfər ölüb, 1 nəfərsə yaralanıb.

Gecə Bağdadın şimalındakı hərbi bazaya edilmiş hücumda isə 11 əsgər öldürülüb, 8-i yaralanıb.

Kərkük şəhəri ətrafında, Dövlət Neft Şirkətinin həyətində maşının partladılması nəticəsində isə təzəcə işə başlayan 7 polis ölüb, 17 nəfərsə yaralanıb.
XS
SM
MD
LG