Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 19:58

Avropa Parlamentində Ramil Səfərovla bağlı debat gözlənilir

Ramil S'f'rovtraining course in Budapest, 13Apr2012
Ramil S'f'rovtraining course in Budapest, 13Apr2012
Sentyabrın 10-13-də Avropa Parlamentinin sessiyası çərçivəsində Ramil Səfərovla bağlı debatlar nəzərdə tutulur.

Söhbət erməni zabiti öldürdüyünə görə, Macarıstanda ömürlük həbsə məhkum edilmiş
Ramil Səfərovun bu günlərdə Azərbaycana verilməsi və əvf olunmasından gedir.

APA-nın Avropa parlamentinin saytına istinadən verdiyi məlumata görə, debatlar insan haqları və demokratiya məsələləri ilə bağlı müzakirələr çərçivəsində baş tutacaq.

Parlamentdə həmçinin Birma və Cənubi Afrikadakı vəziyyətələ bağlı dinləmələr keçirəcəklər.

Müzakirələrin nəticəsində qətnamə qəbulu nəzərdə tutulur.
This item is part of
XS
SM
MD
LG