Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:45

3 Avropa ölkəsi İrana qarşı yeni sanksiyalara çağırır


Böyük Britaniya, Fransa və Almaniya Avropa Birliyi ölkələrini nüvə proqramına görə, İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıblar.

Almaniyanın xarici işlər naziri Gido Vestervelle bildirib ki, İran əməli danışıqlara meyl etmədiyinə görə, bu addım təcili atılmalıdır.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran itihamə rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG