Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:53

Azərbaycan Paralimpiya Oyunlarında 9 medal qazanıb


-
London Yay Paralimpiya Oyunlarında indiyə qədər Azərbaycan idmançıları 9 medal qazanıblar.

2-si qızıl, 4-ü gümüş, 3-ü bürünc olmaqla Azərbaycan medal sayına görə iştirakçı ölkələr arasında 38-ci yerdədir.

Siyahıya 83-ü qızıl olmaqla 206 medalla Çin başçılıq edir.

Yarışlara ev sahibliyi edən Böyük Britaniya 32-si qızıl olmaqla 114 medalla ikinci, 32-si qızıl olmaqla 92 medalla isə Rusiya 3-cü yerdədir.

London Yay Paralimpiya Oyunlarında Azərbaycan 21 idmançı ilə təmsil olunur.

Ölkə ilk dəfə Paralimpiya Oyunlarına 1996-cı ildə qoşulub. Həmin vaxt Azərbaycan iki idmançı ilə təmsil olunub.

Avqustun 29-da başlayan London Yay Paralimpiya Oyunları sentyabrın 9-da başa çatacaq.

Bundan əvvəl keçirilən XXX Yay Olimpiya Oyunlarında 53 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl, 2 gümüş, 6 bürünc medalla 79 ölkə arasında 30-cu olub.
XS
SM
MD
LG