Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:17

Nəqliyyat intellektual sistemlə idarə olunsa da, yollardakı mənzərə dəyişməyib


Mətbuat icmalı
Mətbuat icmalı
-
«İlham Əliyev 3-cü dəfə namizədliyini verərsə, demokratik inqilab baş verəcək».

Bunu «Azadlıq» qəzetinə İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli deyib. Onun fikrincə, «Paşayevlərin seçkidə təmsil olunması klanlararası ciddi savaşa, kataklizmə səbəb ola bilər».

«Azərbaycan» qəzeti NATO Baş katibi Anders Fogh Rasmussen'in Əfqanıstandakı sülhməramlı əməliyyatlardakı töhfələrə görə Azərbaycana minnətdarlıq etdiyini yazır. Müsahibəsində NATO Baş katibi Azərbaycanla NATO arasında münasibətlərə də toxunub:

«Azərbaycanla NATO arasında yüksək səviyyədə münasibətlər mövcuddur. Biz NATO-nun Əfqanıstandakı əməliyyatlarında faydalı əməkdaşlıq edirik. Azərbaycan hərbi qüvvələri vasitəsilə Əfqanıstan əməliyyatlarına töhfələr verir. Azərbaycan əsgərləri öz vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlirlər, siz onlarla fəxr edə bilərsiniz».

«Yeni Müsavat» qəzeti yazır ki, «Fəzail Ağamalı Mütəllibova görə hökumətdən hesab istəyir»:

«Prezidentin «Eks-prezidentlər haqqında» Qanunun icrası ilə bağlı sərəncamına əsasən, Nazirlər Kabinetinə qanunun icrası üçün 3 ay verilir. 3 ay tamam olmamış Ayaz Mütəllibov qanundakı haqlarından yararlanmağa başlayıbsa, bu, qanunun ciddi şəkildə pozulması deməkdir».

«Bizim yol» qəzeti Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin iflic olmasından yazır. Qəzet yazır ki, paytaxtda nəqliyyat intellektual sistemlə idarə olunsa da, yollardakı mənzərə dəyişməyib:

«Nəqliyyat Nazirliyi bu sistemin işləməsi üçün dayanacaq və avtobuslara 40 mindən çox avadanlıq quraşdırıldığını desə də, sürücülər elektron tabloların düzgün işləmədiyini bildirilər. Sürücülər deyirlər ki, «Eurovision» zamanı tablolar düz işləsə də, indi tablolar tıxac olmayan yerdə də tıxac göstərir».

«Yeni Azərbaycan» qəzeti Elçibəyin oğlunun atasının zəhərlənməsi ilə bağlı yeni fakt açıqladığını yazır:

«Ərturqut Əliyev Əbülfəz Elçibəyin Türkiyədə olan həkim dostunun hələ 2000-ci ildə zəhərlənmə ehtimalını irəli sürdüyünü deyir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG