Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 18:59

Kanada İran diplomatlarını qovur, Tehrandan da diplomatlarını çıxarır


İranın Suriyaya hərbi yardımları haqqında məlumatlardan sonra Kanada bütün İran diplomatlarını ölkədən qovur, Tehrandakı diplomatlarını isə geri çəkir.

Kanadanın Xarici İşlər Nazirliyi yaydığı bəyanatında bu addımı “İran rejiminin Suriya prezidenti Bashar al-Assadın rejiminə hərbi yardımları getdikcə artırması” ilə izah edir.

Nazirlik həmçinin İranı nüvə proqramına dair BMT-nin qərarlarını icra etməməkdə, davamlı olaraq İsrailə qarşı təhdidlər yağdırmaqda ittiham edib.

Kanadanın Xarici İşlər nazirliyi İran diplomatlarına Kanadanı tərk etmək üçün 5 gün vaxt verib.
XS
SM
MD
LG