Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:29

Türkmən fəhlələrin pasportları alınıb, maaşları da ödənmir [Video]


Türkmən fəhlələr Azərbaycanda pulsuz və pasportsuz qalıblar
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00
-
«Qalaaltı» İstirahət Mərkəzinin tikintisində işləyən 35 türkmən fəhlə etiraz olaraq avqustun 29-dan işi dayandırıb. Amma nə gedəsi yerləri var, nə də pulları.

Türkmənistandan Azərbaycana daha gəlirli iş dalınca gələn dəmirçilər pasportlarının əllərindən alındığını, maaşlarının isə ödənmədiyini deyirlər.

TƏLƏSİK İMZALANAN SƏNƏDLƏR...

Dəvəçi rayonunda keçmiş «Qalaaltı» sanatoriyasının ərazisi indi genişləndirilir, «Qala Altı Hotel SPA» tikilir. Əvvəllər bu mərkəz Həmkarlar İttifaqının tabeçiliyinə olsa da, indi özəlləşdirilib.

Sağlamlıq-istirahət kompleksinin tikintisini «Doğa İnşaat» şirkəti həyata keçirir. Şirkət Türkiyədə yerləşən «Doğulu Holding»in tərkib hissəsi olub, Rusiya, Ukrayna, Türkmənistan, Tacikistan, Özbəkistan, Azərbaycan, Serbiya, Rumıniya kimi ölkələrdə də fəaliyyət göstərir.

İşsiz və pulsuz qalan türkmən fəhlələrin bildirdiyinə görə, onları işə götürərkən əmək müqaviləsi bağlanmayıb. Sərdar Kakişov deyir ki, onlara «texniki təhlükəsizlik» adlandırılan sənədə tələm-tələsik
Türkmən fəhlələr
Türkmən fəhlələr
imza atdırıblar:

«İş təhlükəsizliyinə qol çəkəndə bir yığın kağıza qol çəkdirdi. Bizə onu oxutmadı. Bizə indi göstərdilər, məlum oldu ki, o sənədə görə, iş paltarlarına da pul tutulur, yeməyə də. Amma bizə onu oxumazdan-bilməzdən tez-tez qol çəkdirdi».

«BİZİ MEŞƏYƏ QAÇIRDILAR»

Fəhlələrin imza atdığı sənədə görə, viza üçün rüsumu, yemək-yataq üçün ödəniş etmək də fəhlənin üstünə düşür.

İşçilərdən Axmed Allabayev deyir ki, Dövlət Miqrasiya Xidmətindən əraziyə qəfil yoxlama gəlib. ​Həmin vaxt əcnəbilərin bir qismini gözdən yayındırmaq üçün dağa qaçırıb gizlədiblərmiş:

«Pasportlarımızı Miqrasiyanın götürdüyünü dedilər. Bizi də meşəyə qaçırdılar. Aradan 10-15 gün keçdi-keçmədi, gəlib «pasportlarınızı miqrasiya götürdü» dedi. İndi də hərədən 400 manat pul tutur ki, miqrasiyadan pasportlarımızı geri alsın».

Türkmənistanlı fəhlələrin yaşayış yeri ilə də tanış oluruq. Sanatoriyanın vaxtilə hamam kimi istifadə olunan otağında bir yerə yığılan fəhlələr gün işığı da görmürlər - otaqda pəncərə yoxdur, hava mübadiləsi getmir, antisanitariya şəraiti
Sanatoriyanın vaxtilə hamam kimi istifadə olunan otağında bir yerə yığılan fəhlələr gün işığı da görmürlər
Sanatoriyanın vaxtilə hamam kimi istifadə olunan otağında bir yerə yığılan fəhlələr gün işığı da görmürlər
hökm sürür.

«PULUMUZ YOXDUR, GÖZLƏMƏLİYƏM»

Rövşən Yağmurov deyir ki, artıq onun Azərbaycanda qalmaq müddəti bitib, amma pasportu yoxdur ki, Türkmənistana qayıda:

«Bitdi mənim vizam. Deportasiya olunmadan getmək istəyirəm. Pulumuz yoxdur, gözləmək məcburiyyətindəyəm. Yeməklərimizi də kəsirlər».

«ONLAR ÖZLƏRİ GƏLİBLƏR»

«Doğa İnşaat» şirkətinin «Qalaaltı» İstirahət Mərkəzinin tikintisinə məsul şəxsi Suliyyə xanım (Türkiyə vətəndaşıdır, soyadını dəqiqləşdirmək mümkün olmadı):

- Bu yoldaşlar Türkmənistandan gəlirlər işləməyə, fəqət Miqrasiya Xidməti onları tutub göndərir. Göndərəndə onların cərimə ödəmələri lazım oldu, «bu cərimələri siz ödəyin» dedilər bizə. Biz də dedik «siz özünüz gəlmisiniz, biz sizi gətirməmişik, cərimələri də özünüz ödəməlisiniz». Onlar Türkmənistandan gəlib qaçaq yolla işləyən insanlardır, pasportlarını da Miqrasiya alıb. Biz onları almadıq, biz onları işlətmədik.
Türkmən fəhlələr
Türkmən fəhlələr

- Axı orda iki ay işləyiblər...

- Gördünüzmü siz?

- Bəli, gördüm.

- Yəni burda işlədiklərinə şahid oldunuzmu?

- Mən onların yaşadıqları, işlədikləri yerə gəldim, amma işləmirdilər, onlar maaşlarını almadıqlarına görə etiraz olaraq işi dayandırıblar.

- Əlaqəsi yoxdur. Onlar özləri gəliblər. Burda başqa birisi – Mehmet deyə bir adam çağırıb onları. Onlara işləyirdilər. Onlar özləri getmək istəyib. Onlar getmək istəyəndə Mehmet də «gözləyin, pul tapım, sonra gedin» deyib. Onlar da deyiblər ki, «biz işləyə bilmərik, biz yatacağıq, belə gözləyəcəyik, pulumuzu da almadan getməyəcəyik». İndi onlarmı haqlı, bizmi haqlı, yoxsa briqadirmi?

- Bəs Mehmet deyilən şəxs hansı şirkətdə işləyir?

Əlövsət Əliyev
Əlövsət Əliyev
- Bunlar telefonda danışılmaz, ya siz gələrsiz danışarıq, ya da mən gələndə danışarıq.

MƏCBURİ ƏMƏYİN QURBANLARI

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, Türkmənistan vətəndaşlarının Azərbaycana özlərinin gəlməsi və ya kiminsə dəvəti ilə gəlməsi problemin məğzi deyil:

«Onların Azərbaycana gəlişini biz mübahisələndirmirik. Onların pasportları götürülüb, pasportları götürüldüyü gündən də hərəkətləri məhdudlaşdırılıb. Pasportların götürülməsi onu təsdiq edir ki, onlar məcburi əməyin qurbanlarıdır. Yaşayış yeri hesab edilməyən yerdə onlar yaşamağa cəlb ediliblər. Bütün bunlar göstərir ki, burda məcburi əməyin elementləri var».

Azərbaycan Dövlət Miqrasiya Xidmətinə ünvanladığımız sorğuya gün ərzində cavab ala bilmədik. Xidmətin mövqeyini növbəti günlərdə də öyrənməyə cəhd edəcəyik.

Türkmənistanın Azərbaycandakı səfirliyində də telefon zənglərinə cavab verən olmadı.
XS
SM
MD
LG