Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

İnternetin ən çox yayıldığı ölkələr hansılardır?


Foto: Arxiv
Foto: Arxiv
-
İnternet dünya ölkələri arasında ən çox İsveçdə yayılıb və bu ölkənin sosial, siyasi, iqtisadi yaşamına təsir göstərib!

Dünya Kompyuter Şəbəkəsinin – İnternetin qurucusu Sir Tim Berners-Lee'nin yaratdığı

«World Wide Web» Fondunun hazırladığı hesabatda belə deyilir.

Araşdırma inkişaf etmiş 61 ölkənin materiallarına dayanır və ölçü zamanı İnternet istifadəçilərinin sayı, İnternetin sürəti, senzura və ya iqtisadi təsir amilləri əsas götürülüb.

Ancaq «daha açıq və anlamlı» bir internetə doğru gedilib-gedilmədiyini, internetin insanların həyatını dəyişdirəcək gücdə olub-olmadığını müəyyənləşdirmək üçün bunun yetərli olmadığı bildirilib.

İndekslər baxımından 100-də 100 nəticəylə İsveç 1-ci və 100-də 0 nəticəylə Yəmən sonuncu olub.

Azərbaycanın 68 ölkə arasında orta sıralarda yer aldığı araşdırmada ABŞ, İngiltərə, Finlandiya və Kanada liderlər arasındadır.

Hesabata görə, dünyada hər 3 adamdan biri İnternetdən yararlanır.
XS
SM
MD
LG