Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:09

Ordu Hələbin iki rayonunu aldığını deyir


Suriyanın hakimiyyət orqanları bildirir ki, Hələbin iki rayonunu nəzarət altına alıblar. Üsyançılar isə deyir ki, həmin rayonlar uğrunda döyüşlər davam edir.

Suriyanın ikinci böyük şəhəri olan Hələbdə artıq iki aydır ağır döyüşlər gedir.

Bu gün isə paytaxt Dəməşqdə fələstinlilərin olduğu düşərgəyə atəş açılıb. Hakimiyyət orqanları düşərgəyə silahlı müxalifət döyüşçülərinin olması xəbərini alandan sonra atəş açdığını bildirib.

Hüquq müdafiəçilərinin məlumatına görə, dünən Suriyadakı döyüşlərdə 116 dinc adam ölüb.
XS
SM
MD
LG