Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 15:26

«İsrailli futbolçuların təhlükəsizliyi qorunur»


Arxiv foto
Arxiv foto
Sentyabrın 7-də Dünya Çempionatının seçmə mərhələsində futbol üzrə Azərbaycan yığması ilk qrup oyununu keçirəcək.

Azərbaycan futbolçuları İsrail millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21-də başlanacaq. Qarşılaşmanı baş hakim Matey Yuq idarə edəcək.

Bu qarşılaşmadan bir gün öncə isə İsrail mətbuatı yığma üzvlərinə qarşı terror təhlükəsindən yazıb. Mətbuatın yazdığına görə, İsrail xüsusi xidmət orqanları Azərbaycana bununla bağlı xəbərdarlıq ediblər.

Deyilənlərlə əlaqədar Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən açıqlama ala bilmədik.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirdi ki, bu haqda o da internet saytlardan oxuyub. Amma narahatlığa əsas yoxdur.

«İsrailli futbolçuların təhlükəsizliyi yüksək səviyyədə qorunur».

Azərbaycan MTN-i bir neçə ay öncə İsrail diplomatlarına və obyektlərinə qarşı terror cəhdlərinin qarşısının alınması haqda məlumat yaymışdı.

Dünya Çempionatı 2014-cü ildə Braziliyada keçiriləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG