-
Sentyabrın 6-da Sabirabadda hüquq müdafiəçisi İlham Əmiraslanovun məhkəməsi keçirilib.
Prosesdə ATƏT nümayəndələri, siyasi partiyaların yerli təmsilçiləri iştirak ediblər.
Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.
Məhkəmədə İlham Əmiraslanovu həbs edən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları və hal şahidləri ifadə veriblər.
Əməliyyatçılar ifadələrində saxlanan zaman İlham Əmiraslanovun üstündə silah olduğunu deyiblər.
Oqtay Gülalıyev:
«Amma İlham Əmiraslanov deyilənləri təkzib etdi. Bildirdi ki, tapançanı onun üstünə saxlanarkən əməliyyatçılar qoyublar. O, həm də bildirdi ki, əməliyyatçılar onu Sabirabad rayon Olimpiya Kompleksinə apararaq orda ona işgəncə veriblər».
Hakim növbəti prosesin nə vaxtı keçiriləcəyini elan etməyib.
İ.Əmiraslanov iyunun 8-də saxlanıb, barəsində həbs-qətimkan tədbiri seçilib. O, qanunsuz silah saxlamaqda ittiham edilir. Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, baxış zamanı İ.Əmiraslanovun üzərindən «Makarov» tipli tapança, evindən isə patron və patron darağı götürülüb.
İ.Əmiraslanov özü və yaxınları isə ittihamı uydurma hesab edirlər. Bildirirlər ki, o, 2010-cu ildə Kür daşqınlardan əziyyət çəkənlərin hüquqlarını müdafiə etdiyinə görə həbs olunub.