Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:05

İranda həbsdə olan gənc şairlər artıq Azərbaycandadır


Fərid Hüseyin və Şəhriyyar Hacızadə
Fərid Hüseyin və Şəhriyyar Hacızadə
İranda Həbsdən azad edilmiş azərbaycanlı şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyn artıq Azərbaycandadırlar.

Bu barədə AzadlıqRadiosuna Fərd Hüseynin dayısı Ağalar Hüseynov məlumat verib.
Onun sözlərinə görə şairlər artıq Azərbaycanın Beləsuvar sərhəd keçid məntəqəsindədilər və günün ikinci yarısı Azərbaycanda olacaqlar.

Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş gənc şairlər mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs edilmişdilər.

Amma onlara qarşı elə bir konkret ittiham irəli sürülməmişdi.

Onlar sentyabrın 4-də azad edilərək Azərbaycanın Təbrizdəki konsulluğuna təhvil verilib.
XS
SM
MD
LG