Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:30

Hassan Mousavi: İran və Azərbaycan qardaşdır


Hassan Mousavi
Hassan Mousavi
İran və Azərbaycan qardaşdır və bu qardaşlığın arasını heç kəs vura biməz. Trend-in məlumatına görə bunu İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Hassan Mousavi sentyabrın 6-da Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.

«Azərbaycan və İran arasında olan dərin tarixi münasibətlərdən düşmənlərimiz narahatdır», - Mousavi deyib.

O qeyd edib ki, İran Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini daim dəstəkləyir. Bu yaxınlarda İranda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin sammitinin bəyanatında da Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi vurğulanmışdı.

«İKİ ÖLKƏ ARASINDA DOSTLUQ DAİM MÖHKƏM OLUB»

«İran və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri daim möhkəm olub və gələcəkdə də davam edəcək», - vitse-prezident deyib.

Mousavi Şeyxülislam Allahşükür Paşazadəni İrana səfərə dəvət edib və bildirib ki, həmin səfər zamanı iki ölkə arasında dini və mədəni sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələsi müzakirə olunacaq.

Mousavi yaxın zamanlarda İranın yeni səfirinin Azərbaycana gələcəyini də bildirib.

«Azərbaycan və İran arasındakı qardaşlıq münasibətlərinin dərin olmasının şahidiyik», - Allahşükür Paşazadə bildirib.

ŞEYXÜLİSLAM İRANA GEDƏCƏK

Şeyxülislam İranda saxlanılan Azərbaycan şairlərinin buraxılması ilə bağlı İran tərəfinə öz təşəkkürünü bildirib. O qeyd edib ki, iki ölkə arasında heç bir problem yoxdur və bəzi xırda məsələlər var ki, onlar da tədricən öz həlini tapır.

Onun sözlərinə görə, Ermənistanın məqsədi bu iki ölkəni bir-birindən uzaqlaşdırmaqdır.

«Arzu edirəm ki, iki ölkə arasında əlaqələr daha da genişlənsin», - QMİ sədri deyib.

Paşazadə Mousavinin dəvətini qəbul etdiyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG