Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

Elnur Baimov yeni təyinat alıb


Elnur Baimov
Elnur Baimov
-
Gün.az və news.az saytlarının baş redaktoru Elnur Baimov Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində Bakı şəhəri nəqliyyatı idarəetmə üzrə direktor təyin olunub.

Elnur Baimov AzadlıqRadiosuna deyib ki, bu iş onun indiyə qədərki fəaliyyət istiqaməti ilə uyğun gəlir:

«Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi Azərbaycanın ən iri informasiya texnologiyası layihələrindən biridir. Bu, mənim indiyəcən məşğul olduğum işə yaxındır. Bundan başqa, mən indiyədək sub-menecer təcrübəsi əldə etmişəm. Mənim bu istiqamətdə bilik və təcrübəm bu mərkəzdə olan gənc komandanın işinə xeyli müsbət təsir göstərə bilər».

Elnur Baimov deyir ki, yeni təyinatına dair təklif onun üçün gözlənilməz olub. O, həyatında bir neçə dəfə fəaliyyət istiqamətini dəyişib. Bir vaxtlar sığorta sahəsində çalışıb. Sonra mediaya üz tutub. Hər dəfə də getdiyi iş onun üçün yeni sahə olub:

«Amma indi təyin olunduğum iş mənim üçün nəinki yeni, həm də cəlbedicidir. İnanıram ki, bu sahədə həm mərkəz, həm də əhali üçün səmərəli xidmət göstərəcəm».

Elnur Baimov yeni vəzifəsində konkret nə ilə məşğul olacağı barədə detallı məlumatı gələn həftə ictimaiyyətə açıqlayacağını bildirir.

Elnur Baimov bundan əvvəl Gün.az saytının, eləcə də bir sıra internet layihələrinin rəhbəri idi.
XS
SM
MD
LG