Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Türkiyədəki partlayışda diversiya ehtimalı istisna olunmur


Afyonkarahisardakı partlayış
Afyonkarahisardakı partlayış
Türkiyənin mərkəzində silah anbarında baş verən partlayışda 25 hərbçi ölüb, daha 9 nəfər qəlpə yarası alıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəsmisi bildirib ki:

«Bir neçə dəqiqə fərqi ilə bir-birinin ardınca baş verən iki parlayış quru qoşunlarının anbarında inventarizasiya zamanı olub. Güclü yanğın baş verib, 8 saat ərzində söndürmək mümkün olmayıb. Partlayış zamanı həlak olan hərbçilərin bədənləri ciddi xəsarət alıb və tanınmaz hala düşüblər».

Partlayış ötən gecə Afyonkarahisardakı Ataköy kəndində yerləşən Çavuş Mete Saraç hərbi hissəsindəki silah anbarında baş verib.

Yerli qəzetlərin yazdığına görə, sakinlərə yeni partlayış ehtimalı ilə əlaqədar hadisə yerinə yaxınlaşmamaq tapşırılıb. Araşdırma aparılır.

Hökumət kürd yaraqlı-separatçıların diversiya təşkil edə biləcəyini istisna etmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG