Keçid linkləri

2026, 21 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 15:34

Qırğızıstana yeni baş nazir təyin edilib

Qırğızıstan parlamenti Jantoro Satıbaldievin baş nazirliyə namizədliyini təsdiqləyib.

120 deputatdan 111-i onun lehinə , 2-si isə əleyhinə səs verib.

O bundan əvvəl prezident aparatının rəhbəri idi.

Yeni baş nazir qışda ölkənin enerji resursları ilə təminatını qarşısında duran əsas məsələ sayır.

O bu vəzifədə Omurbek Babanovu əvəz edib.

Bu günlərdə Qırğızıstanda hakim koalisiya dağıldığına görə baş nazir Babanov istefaya getməli oldu və yeni kolaisiya yaradıldı.
This item is part of
XS
SM
MD
LG