Keçid linkləri

2025, 23 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:28

26 yaşlı türkiyəli futbolçu ürək tutmasından ölüb


Daha bir futbolçu ürək tutmasından ölüb.

ANS PRESS-in türk mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı türkiyəli futbolçu, "Eskişehir" klubunun oyunçusu Ediz Bahtiyaroğlu evində infarkt keçirib.

Məlumata görə, oyunçu ötən axşam klubla məşqə çıxıb, sonra isə komanda yoldaşı ilə birlikdə evinə gedib.

Gecə saatlarında vəziyyəti qəfildən pisləşib.

Təcili həkim müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
XS
SM
MD
LG