Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Misir prezidenti bildirib ki, Bashar Assad getməlidir


Misir prezidenti Mohammad Morsi deyib ki, Suriyada artıq dəyişiklik vaxtıdır və Bashar Assad rejimi getməlidir.

O Ərəb Dövlətləri Liqası ölkələri xarici işlər nazirlərinin Qahirədə keçirilən görüşündə çıxış edərkən qeyd edib ki, Suriya münaqişəsinin həllinə görə ərəblər cavabdehlik daşıyır.

Morsi Suriyada zorakılıqlara son qoymaq üçün xarici işlər nazirlərini təcili tədbirlər görməyə çağırıb.

Hazırda Suriyada döyüşlər davam edir.

Hökumət qoşunları Hələb şəhərinə nəzarəti ələ keçirməyə cəhd göstərir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə etiraz və toqquşmalar gedir.
XS
SM
MD
LG