Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:09

Ərdoğandan azərbaycanlı mühacirlər haqda ürəkparçalayan hekayət (Yenilənib)


-

Baş nazir Rəcəb Tayyib Ərdoğanın 1945-ci ildə CHP hökumətinin 146 azərbaycanlı ziyalını Stalin rejiminə təhvil verməsi haqda söylədiklərinə İsmət İnönünün nəvəsi, CXP Ankara millət vəkili Gülsün Bilgəhan cavab verib.

Gülsün Bilgəhan bildirib ki, dövlət adamı əvvəlcə öz vətəndaşının təhlükəsizliyini və milli mənafelərini müdafiə etməlidir:

"1945-ci ildə soyuq müharibə şərtlərində Türkiyə beynəlxalq müqavilələrə sadiq qalaraq sərhəddən girən Azərbaycanlı qaçqınları Rusiyaya təhvil vermək məcburiyyətində qalıb. Deməli, hökumət Stalinin bir sərhəd məsələsini bəhanə edib Türkiyəyə hücum etməsinin qarşısını bu şəkildə alıb" (TRT Azərbaycana istinadla azadliq.az).

***

“1945-cı ildə Azərbaycandan 146 nəfər ziyalı Stalin zülmündən qaçaraq, Araz çayı üzərindəki Boraltan körpüsünü keçib, Türkiyəyə sığınıblar. SSRİ-nin o vaxtkı rəhbəri Stalin həmin azərbaycanlıların dərhal geri qaytarılmasını istəyib”.

Lent.az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, belə bir açıqlama ilə AKP-nin parlament fraksiyasının toplantısında çıxışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qeyd edib.

O hadisənin İsmət İnönünün prezidentliyi dövründə baş verdiyini xatırladıb.

Baş nazirin dediyinə görə, həmin vaxt SSRİ-dən sərhəd məntəqəsinə telefon açılaraq, sərhədi keçənlərin dərhal geri qaytarılması tələb edilib. Vəziyyətin gərginləşdiyini görən hakim Cümhuriyyət Xalq Partiyası (CHP) sərhəd məntəqəsinə gələnlərin geri qaytarılmasını tapşırıb. Azərbaycan ziyalıları sərhəddə “bizi düşmənə təhvil verməyin, öldürəcəksinizsə siz öldürün, qardaşlarımız öldürsün” – deyə haray çəksələr də, Ankaranın ürəyi yumşalmayıb.

Nəticədə dərhal SSRİ-yə təhvil verilən 146 azərbaycanlı elə oradaca əl-ayaqları bağlanaraq, türk sərhədçilərin gözü qarşısında gülləyə düzülərək, qətlə yetirilir. Ərdoğan, bu əhvalatın bir ağıya döndüyünü deyib və şeir parçasını da səsləndirib:

Boraltan bir körpüdür, aşar keçər Arazı,
Yusan Araz suyuyla, getməz üzün qarası.
Düşmən gözlər qarşıda, önünə qatdı məni,
Can alınan bazarda qardaşım satdı məni.
Dönüb səsləndim geri, mərhəmətsiz birinə,
Məni siz vursaydınız, bu kafirin yerinə...


Baş nazir deyib ki, bu hadisənin təsiri altında evinə dönən türk sərhəd məntəqəsinin rəisi intihar edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG