Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

Clinton Çinin mövqeindən narahatlıq bildirib


ABŞ Dövlət katibi Hillary Clinton Çinin Suriya rejiminə qarşı kəskin sanksiyalara qoşulmamasından təəssüf bildirib.

O Pekində çinli həmkarı Yang Jiechi ilə görüşdükdən sonra mətbuat konfransında bildirib ki, diplomatlar atəşin dayandırılması üçün Dəməşqə qarşı əlavə təzyiqlər göstərilməsini müzakirə edir.

Yang Jiechi isə ölkəsinin Suriya üzrə beynəlxalq elçi Lakhdar Brahimini dəstəklədiyini deyib.

Çinlə Rusiya dəfələrlə BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı qətnamə layihəsinə veto qoyublar.
XS
SM
MD
LG