Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 23:36

Azərbaycan rəqabət qabiliyyətində 144 ölkə arasında 46-cıdır


Dünyada ən rəqabətqabiliyyətli ölkə İsveçrədir.
İsveçrə 4-cü ildir ki, birinci yeri tutur.

Sinqapur iqtisadiyyatı 2-ci yerdədir.
3-cü yerdə Finlyandiyadır.

Qlobal rəqabət qabiliyyətində bəs Azərbaycan neçəncidir?

Azərbaycan 144 ölkə arasında 46-cı yerdədir.

Azərbaycan keçən ilki siyahı ilə müqayisədə bu il 9 pillə yuxarı qalxıb.

Azərbaycan siyahıda Qazaxıstanı(51-ci yer), Rusiyanı(67), Ukraynanı(73) qabaqlayır.

Azərbaycan siyahıda İtaliya, Türkiyə, Braziliya, Malta kimi ölkələrlə qonşudur.

Dünya İqtisadi Forumu ölkələrin müqayisəli rəqabət qabiliyyətini göstərən illik hesabat hazırlayır.

Bu hesabat bu sahədə ən tam qiymətləndirmə hesab olunur.

​Hesabatda ilk 10-luqda Avropa ölkələrinin iqtisadiyyatları aparıcı yer tutur.
Hollandiya 5-ci, Almaniya 6-cı, Britaniya 8-ci yerlərdədir.

ABŞ 7-ci yerdədir.
Yaponiya 10-cu yerdə.
Honq Konq 9-cudur.

Bu ilki hesabatda Azərbaycanın region qonşuları hansı yerlərdədir?

Gürcüstan 77-ci, Ermənistan 82-ci yerdədir.
İran 66-cı yeri tutur.

Rəqabət qabiliyyəti nəyin əsasında müəyyən olunur?

Hesabatda deyilir ki, ölkənin rəqabət qabiliyyəti 12 əsas sahənin vəziyyətinə əsaslanır.
Bunlara təsisatlar, infrastruktur, makroiqtisadi mühit, sağlamlıq və ibtidai təhsil, ali təhsil və təlim, texnologi hazırlıq, maliyyə bazarı və s. daxildir.
XS
SM
MD
LG