Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

Paul McCartney “Şərəf Legionu” alır


Musiqiyə verdiyi töhfələrə görə keçmiş Beatles qrupunun üzvü Paul McCartney Fransa prezidenti Francois Hollande tərəfindən “Şərəf Legionu” ordeni ilə təltif edilib.

Mükafatlandırma mərasimi sentyabrın 8-də Parisdə Elysee Sarayında təşkil olunacaq.

Bu mükafat Fransanın ən yüksək dövlət mükafatıdır.

“Şərəf Legionu” ordeni 1802-ci ildə imperator Napoleon Bonapart tərəfindən təsis edilib.

Paul McCartney Ginnes Rekordlarında “bütün zamanların ən uğurlu bəstəkarı və sənətçisi” kimi təsvir olunur.
XS
SM
MD
LG