Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:20

Avropa Birliyi Gürcüstandakı seçkiqabağı vəziyyətdən narahatdır


Avropa Birliyi Gürcüstanda seçkiönü vəziyyətdən narahatdır. Birliyin Xarici İşlər naziri Catherine Ashton və genişlənmə komissarı Stefan Fuelenin sentyabrın 4-də yaydığı bəyanatda belə deyilir.

Bəyanatda “seçki ərəfəsində Gürcüstanda siyasi qütbləşmədən və gərginliyin artmasından narahatlıq ifadə edilir, xatırladılır ki, seçkilər hər şeydən öncə siyasi proqramlar və ideyaların yarışı olmalıdır.

Gürcüstanı Qərbin vacib tərəfdaşı kimi təqdim edən bəyanat müəllifləri prezident seçkilərinin də Avropaya inteqrasiya üçün önəmli olduğunu bildirirlər.

Oktyabrın 1-də Gürcüstanda parlament seçkiləri olacaq. Seçkidə əsas mübarizə prezident Mikheil Saakashvilinin iqtidar partiyası ilə milyarder müxalifət lideri Bidzina Ivanishvilinin “Gürcü arzusu” hərəkatı arasında gözlənilir.
XS
SM
MD
LG