Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:50

Suriyadan bir aya 100 min nəfər qaçıb


BMT-nin Qaçqınlar Agentliyi bildirir ki, Suriyanı avqust ayında 100 mindən çox adam tərk edib və bu 2011-ci ilin martında, Bashar Assada qarşı üsyan başlayandan bəri ən böyük rəqəmdir.

BMT ümumilikdə 235 min adamın Suriyadakı zorakılıqdan qaçıb qonşu ölkələrə sığındığını bildirir.

Hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurer Dəməşqdə prezident Bashar Assadla görüşüb və ölkədə humanitar vəziyyətin kəskinləşməsini və ehtiyacı olanlara yardım etmək üçün imkan yaradılması məsələsini müzakirə ediblər.
XS
SM
MD
LG