Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 16:36

Metronun 5 stansiyası 3 günlük bağlanır


Dərnəgül stansiyası
Bakı Metropoliteninin «20 Yanvar-Dərnəgül» sahəsi sentyabrın 6-sı saat 22:00-dan sentyabrın 10-u saat 06:00-a qədər bağlanacaq.

Metropolitendən Trend-ə verilən məlumata görə, stansiyaların bağlanması yeni - Bənövşəyi xəttin tikinti işləri ilə əlaqədardır.

Həmin müddət ərzində «20 Yanvar-Dərnəgül» və əks istiqamətdə qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların («20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül») xidmətindən istifadə edə bilməyəcəklər.

«Həmin müddət ərzində qeyd olunan istiqamətlərdə hərəkət etmək üçün sərnişinlərdən digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur», - Metropolitenin məlumatında bildirilir.

Bu müddət ərzində Bakı Metropoliteninin qatarları «Həzi Aslanov-İçərişəhər» və «Həzi Aslanov-İnşaatçılar» istiqamətlərində və əksinə olmaqla hərəkət edəcək.
XS
SM
MD
LG