Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

Erməni tarixçisinin kitabı Bakıda çap edildi


-

"Qanun" nəşriyyatı Fransada yaşamış erməni əsilli tarixçi Serj Afanasiyanın "Ermənistan, Azərbaycan, Gürcüstan İstiqlaldan sovet rejiminin qurulduğu dönəmə qədər (1917-1923) adlanan kitabını nəşr edib.

Tarixçi o dövrün canlı şahidi olub.

Güntay Gəncalp farscadan çevirdiyi bu kitabın təqdimatında yazır:

"Şübhəsiz ki, kitab bir erməni tarixçinin baxış bucağından yazılmışdır. Mən tərcümə işinə sadiq qalaraq, sadəcə bəzi yerlərdə ətək yazıda qeydlər etdim.

Örnəyin Qarabağ əhalisinin bu illərdə 85 faizinin erməni olması mövzusunda yanlış bilgiləri ətək yazıda xülasə cümlə ilə açıqlamışam.

Ancaq düşünürəm ki, Qərbdə erməni tarixçilərin Sovet Sosialist İnqilabından sonra Qafqaz olaylarını necə açıqlamaları Azərbaycan tarixçiliyi üçün çox önəmli olmalıdır.

Kitabda üç Qafqaz cümhuriyyətlərinin bir-biri ilə, Qərblə, Rusiya ilə və özəlliklə Osmanlı və Mustafa Kamal Türkiyəsi ilə əlaqələri barədə çox önəmli bilgilər mövcuddur.

Yazar daha çox erməni və fransız qaynaqlarından yararlanmışdır.

Kitabda Azərbaycan adında ölkənin doğuşu, Müsavat hökumətinin qurulub devrilməsi barədə aydın bilgilər var".
XS
SM
MD
LG