Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:15

Neft Fondu Macarıstanla bağlı xəbərləri təkzib edir


Azərbaycan Neft Fondu Macarıstan qiymətli kağızlarını alması ilə bağlı dərc edilən məlumatları təkzib edir.

Bu, Neft Fondunun sentyabrın 3-də yaydığı açıqlamada qeyd olunur.

ARDNF bildirir ki, fond Macarıstanda heç bir qiymətli kağıza və ya digər maliyyə alətinə investisiya etməyi nəzərdə tutmur.

Bir neçə gün öncə Macarıstanın «Figyelö» həftəliyində bu barədə məqalə dərc olunmuşdu.

Məqalədə qeyd olunur ki, «Azərbaycan Macarıstanın dövlət istiqrazlarını 2-3 illiyə almaq niyyətindədir, bu məqsədlə 2-3 milyard avro ayrılması nəzərdə tutulur. Məlumatın mənbəyi kimi Macarıstanın İqtisadiyyat Nazirliyindəki mənbə göstərilir».
XS
SM
MD
LG