Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 21:56
Mücərrəd rəssamlığın öndə gələn isimlərindən Vasily Kandinsky'nin «İmprovizasiyaya hazırlıq 8» (Studie für improvisation 8) adlı əsəri Londonda auksiona çıxarılıb.

Xəbəri «Christie's»saytı yayıb.

Tanınmış rus rəssamının 1909-cu ildə Kiyevdə yağlı boya ilə işlədiyi bu əsərin satış qiyməti 20-30 milyon dollar arasında göstərilir.

Kiyevin qala divarları ilə qapalı qədim hissəsində yerləşən daxma və sarayları, qapı önündə qalan 2 kişini əks etdirən tablo Kandinsky'nin ən dəyərli işlərindən biri sayılır.

Əsər sentyabrın 7-də açıq hərraca çıxarılacaq və buna qədərsə tablo Londondakı Rokfeller Mərkəzində sərgilənəcək.

Vasili Kandinsky'nin bugünə qədərki ən bahalı tablosu 1914-cü ilə aid «Fuqa»dır.

Sanki bir musiqi parçasının ardıcıl şəkildə ən müxtəlif səslərlə ifasını rənglərin diliylə ifadə edən həmin tablo 1990-cı ildə 20 milyon 900 min dollara satılıb.

Xatırladaq ki, tanınmış rus rəssamı Vasili Kandinsky abstraksionizmin banilərindən sayılır.

1866-cı ildə Moskvada doğulub. Sovetlərin incəsənətə münasibətini qəbul etmədiyindən 1921-ci ildə Almaniyaya köçüb.

Nasistlər hakimiyyətə gələndə Fransaya köç etməli olub. Nasistlər onun əsərlərini qəbul etməyiblər.

1939-cu ildə Fransa vətəndaşlığı alıb. 1944-cü ildə Paris yaxınlığındakı bir şəhərcikdə vəfat edib.

2007-ci ildən Rusiyada illik Kandinsky mükafatı təsis olunub. Bu mükafat müasir Rusiya incəsənətində iz buraxan şəxslərə verilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG