Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 02:58

Cənubi Koreyada “Birlik kilsəsi”nin yaradıcısı öldü

Cənubi Koreyada "Birlik kilsəsi"nin təsisçisi və lideri Sun Myung Moon 92 yaşında vəfat edib.

O, xəstəxanada ölüb. Sun Myung Moon pnevmaniyadan əziyyət çəkirdi.

Sun Myung Moon 1954-cü ildə Seulda dini hərəkatının əsasını qoymuşdu. Kilsə 1970-80-ci illərdə minlərlə tərəfdarları arasında kütləvi toy mərasimlərinin təşkili ilə tanınıb.

O, kilsədən həm də biznes imperiyasını qurmaq üçün istifadə edib.

Onun biznesinə "Washington Times" qəzeti, ABŞ-ın Konnektikut ştatında universitet, Cənubi Koreyada futbol komandası daxildir.
This item is part of
XS
SM
MD
LG