Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Pakistanda Quranı cıran elə imamın özü imiş


Pakistanda xristian qızı şəriət qanunlarını pozmağa vadar etməkdə şübhəli bilinən dini xadim həbs edilib.

İnsident bir neçə həftə bundan əvvəl İslabamad ətrafındakı kəndlərdən birində baş verib.

Sakinlər deyir ki, imam Khalid Cishi quranın səhifələrini çıraraq qızın çantasına yığırmış və onlar bunu və çantada yanmış vərəqələr olduğunu öz gözləri ilə görüblər.

Pakistanda şəriət qanunlarını pozanları ölüm və ya ömürlük həbs gözləyir.

İmamın həbsi qızın azad edilməsinə səbəb ola bilər.

Bu məsələ Pakistanda böyük müzakirələrə səbəb olub.

Qızın əqli cəhətdən az inkişaf etməsi məsələni daha da kəskinləşdirib.
XS
SM
MD
LG