Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:22

Arxiyepiskop: «Bush və Blair məhkəməyə cəlb olunmalıdırlar»


Arxiyepiskop Desmond Tutu
-

«Böyük Britaniyanın baş naziri Tony Blairlə keçmiş ABŞ prezidenti George Bush İraq müharibəsinə görə məhkəməyə cəlb olunmalıdırlar».

Bunu Nobel sülh mükafatçısı, arxiyepiskop Desmond Tutu Britaniya mətbuatına müsahibəsində bildirib.

O qeyd edib ki, Saddam Hussein rejimində kütləvi qırğın silahlarının sayı barədə yalan məlumat müharibənin başlamasına səbəb oldu.

Cənubi Afrika Respublikasından olan ilk qara dərili arxiyepiskop Desmond Tutu hesab edir ki, Blair ilə Bush minlərlə dinc sakinin ölümünə görə Beynəlxalq cinayət məhkəməsinə cəlb olunmalıdırlar.

Artıq məsələyə münasibət bildirən Tony Blair ittihamın əsassız olduğunu deyib.
XS
SM
MD
LG